Bank Of Baku

Livanda partlayış zamanı BMT-nin sülhməramlı qüvvələrinin üç əsgəri yaralanıb

Livanda partlayış zamanı BMT-nin sülhməramlı qüvvələrinin üç əsgəri yaralanıb
# 27 iyul 2011 00:19 (UTC +04:00)
Bakı-APA. Livanda bomba partlayışı zamanı BMT-nin sülhməramlı qüvvələrinin üç əsgəri yaralanıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bu, son bir neçə ayda BMT-nin maşın karvanını hədəf alındığı ikinci partlayışdır. Livanın təhlükəsizlik qüvvələrinin rəsmilərinin bildirdiyinə görə, partlayış BMT-nin sülhməramlı qüvvələrinin cənubda yerləşən Sidon limanına daxil olan vaxt baş verib. Xilasetmə dəstələri sülhməramlı qüvvələrinin bir əsgərini xəstəxanaya çatdırıb. May ayında baş vermiş eyni hücum zamanı BMT-nin sülhməramlı qüvvələrinin altı əsgəri yaralanıb. 2006-cı ildə İsrail və Hizbullah arasında müharibədən sonra BMT sərhəddə nəzarət etmək üçün Livanın cənubunda 12 min əsgər və min nəfər mülki vətəndaşdan ibarət qüvvə saxlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR