Bank Of Baku

Suriyada iğtişaşlar başlayandan 3 min nəfər itkin düşüb, 2 min nəfər öldürülüb

Suriyada iğtişaşlar başlayandan 3 min nəfər itkin düşüb, 2 min nəfər öldürülüb
# 28 iyul 2011 16:30 (UTC +04:00)
Bakı - APA. Suriyada Bəşər Əsəd rejiminə qarşı ümumxalq etirazları başlayandan bəri 3 min nəfərə yaxın şəxs itkin düşüb.

APA-nın “Ən-Nil” saytına istinadən xəbərinə görə, bu barədə “Afaz” qeyri-hökumət təşkilatı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, etirazlar başlayandan bəri 2918 nəfər ölkə vətəndaşı itkin düşüb və onların harada olması barədə heç bir məlumat yoxdur. İndiyədək 26 min nəfər həbs olunub ki, onların da 12,5 min nəfəri hələ də dəmir barmaqlıqlar arasında saxlanılır. Təkcə son bir həftədə isə min nəfər həbs edilib.

Ölənlərin sayına gəlincə, “Afaz” etirazların başlandığı mart ayından indiyədək ölkədə 1634 nəfərin öldürüldüyünü bildirib. Bu zaman həlak olan hərbçilərin və təhlükəsizlik qüvvələri əməkdaşlarının sayı isə 340-a çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR