Bank Of Baku

Yəməndə hərbi bazaya hücum olunub

Yəməndə hərbi bazaya hücum olunub
# 28 iyul 2011 20:45 (UTC +04:00)
Bakı-APA. Yəmənin paytaxtı Sanadan 40 km şimalda yerləşən hərbi bazaya silahlı basqın edilib.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, baş vermiş atışma nəticəsində hər iki tərəfdən onlarla ölənlər və yaralananlar var. Hərbi komandanlıq hücuma görə məsuliyyəti yerli lider Əl-Mənsur Hanakanın dəstələrinin üzərinə qoyub. O bir qədər əvvəl iri "İslahatlar uğrunda" müxalifət partiyasına daxil idi.
Yəmənin cənubunda yerləşən Taiz şəhərində yenidən prezident Əli Abdulla Salehin istefasını tələb edən yerli sakinlər ilə polis arasında toqquşma baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR