Bank Of Baku

Əfqanıstanda BBC reportyoru həlak olub

Əfqanıstanda BBC reportyoru həlak olub
# 29 iyul 2011 02:23 (UTC +04:00)
Bakı-APA. BBC-nin Əfqanıstandakı ştatdankənar müxbiri Əhməd Omid Xpolvok (Ahmed Omed Khpulwak) həlak olub.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə,
hadisə terrorçuların Uruzqan vilayətinin Tarinkot şəhərinə hücumu nəticəsində baş verib.
İntiharçıların törətdiyi 3 partlayış nəticəsində azı 20 nəfər həlak olub, daha 37 nəfər yaralanıb. İlk əvvəl şəhər administrasiyası binası qarşısında 2 intiharçı partlayış törətdib.

Ondan sonra şəhər bazarı ərazisində döyüş başlayıb. Partlayış zamanı Əhməd Omid yerli teleradio şirkətinin binasında olub. Partlayışlar yerli administrasiya və mühafizəçilik xidməti göstərən şirkətin ofisində də baş verib.
25 yaşlı Əhmed Omidin Əfqanistanın "Pajwak Afghan" informasiya agentliyinin əməkdaşı olub.
Şəhər sakinlərinin sözlərinə görə, atışma müxtəlif çaplı odlu silahdan aparılıb.
Hücuma görə məsuliyyəti Taliban hərəkatı üzərinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR