Bank Of Baku

Netanyahu İsrailin 1967-ci ilin sərhədlərinə qayıtması barədə danışıqlara hazırdır

Netanyahu İsrailin 1967-ci ilin sərhədlərinə qayıtması barədə danışıqlara hazırdır
# 02 avqust 2011 01:35 (UTC +04:00)
Bakı-APA. İsrail televiziyasının verdiyi reportajda bildirilir ki, baş nazir Benyamin Netanyahu İsrailin 1967-ci sərhədlərinə qayıtması ilə bağlı fələstinlilərlə sülh danışıqları keçirilməsinə razıdır.
APA-nın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, İsrail hökumətinin nümayəndəsi telekanalın yaydığı məlumatı təkzib etməyib. Onun sözlərinə görə, Netanyahu Fələstinin yəhudi dövlətinin tanımasında təkid edəcək.

İndiyədək Netanyahu dəfələrlə bəyan etmişdi ki, İsrail Yaxın Şərqdə yəhudi məskənlərindən heç vaxt imtina etməyəcək.

Xatırladaq ki, bu ilin may ayında prezident Barak Obama İsraili 1967 ilin sərhədlərinə qayıtmağa çağırmışdı. Həmçinin, Obama bu ilin sentyabr ayında müstəqilliyini elan edəcək Fələstin dövlətini də tanımağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR