Bank Of Baku

Suriya ordusu bu gecə daha 24 mülki şəxsi qətlə yetirib

Suriya ordusu bu gecə daha 24 mülki şəxsi qətlə yetirib
# 02 avqust 2011 10:46 (UTC +04:00)
APA-nın məlumatına görə, mərkəzi qərargahı Londonda yerləşən “Suriyada İnsan Haqlarının monitorinqi mərkəzi”nin rəhbəri Rami Abdel Rahman axşam namazından sonra müxtəlif şəhərlərdə keçirilən aksiyaların yatırılması zamanı 24 nəfərin öldürüldüyünü, 150-dən çox şəxsin həbs olunduğunu deyib.

Qeyd edək ki, son dörd ay ərzində hazırkı prezident Bəşər Əsədin istefası tələbilə keçirilən aksiyaların vəhşiliklə yatırılması nəticəsində 1350 nəfər ölüb, 3 mindən çox şəxs itkin düşüb. Suriya ordusu son qanlı qırğını Xama şəhərində törədib. Şəhərə daxil olan 20-dən çox zirehli tank və maşın əhaliyə atəş açmağa başlayıb. Atəş nəticəsində 100-dən artıq mülki şəxs həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR