Bank Of Baku

Beyrutda “Hizbullah” liderlərindən Mustafa Muqniyə sui-qəsdə məruz qalıb

Beyrutda “Hizbullah” liderlərindən Mustafa Muqniyə sui-qəsdə məruz qalıb
# 02 avqust 2011 12:22 (UTC +04:00)
Bakı-APA. “Hizbullah” radikal şiə qruplaşmasının operativ bölməsinin rəhbərlərindən Mustafa Muqniyə sui-qəsdə məruz qalıb. APA-nın məlumatına görə, Muqniyə ofisini tərk etdikdən sonra binadan güclü partlayış baş verib. Partlayış zamanı Mustafa Muqniyənin mühafizəçilərindən biri həlak olub. Livan Dövlət Agentliyi “Hizbullah” ofislərinin yerləşdiyi Rueys rayonunda məişət qaz balonunun partladığı, bir nəfərin ağır yaralandığı barədə məlumat yayıb. Bu iki hadisə arasında əlaqə olub-olmadığı açıqlanmır.

Qeyd edək ki, Mistafa Muqniyə 2008-ci ildə Dəməşqdə öldürülən “Hizbullah” liderlərindən İmad Muqniyənin oğludur. Radikal şiə qruplaşması İmad Muqniyənin öldürüləməsinə görə İsraili ittiham edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR