Bank Of Baku

Yaponiyada 6,8 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6,8 bal gücündə zəlzələ baş verib
# 19 avqust 2011 07:55 (UTC +04:00)
Bakı-APA. Yaponiyada güclü zəlzələ baş verib. APA-nın məlumatına görə, yeraltı təkanlar ölkənin şimal-şərqində qeydə alınıb. İlki məlumata görə, zəlzələnin gücü 6,8 bal olub. Hakimiyyət orqanları ölkənin şimal-şərq sahillərində sunami təhlükəsi elan edib. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

Yaponiya Meteorologiya Qurumu və atom-elektrik stansiyalarını idarə edən Tokyo Elektrik Qurumu yeraltı təkanların mart ayında baş verən zəlzələdən zərər çəkmiş “Fukusima-1” stansiyasının fəaliyyətinə təsir göstərmədiyini bildiriblər. Zəlzələ zamanı paytaxt Tokioda binalar yüngül silkələnib.

Xatırladaq ki, mart ayında ölkədə baş verən 9 bal gücündə zəlzələ 23 min nəfərin həyatına spon qoymuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR