Bank Of Baku

İranda 3 azərbaycanlı fəal Azərbaycana casusluqda təqsirli bilinərək azadlıqdan məhrum edilib

İranda 3 azərbaycanlı fəal Azərbaycana casusluqda təqsirli bilinərək azadlıqdan məhrum edilib
# 14 fevral 2012 14:07 (UTC +04:00)
APA-nın məlumatına görə, Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində keçirilən prosesdə İsmayıl Bərzgəri və Rəsul Heydərzadənin hər birinə 7 il, Cavad Zadkama isə 3 il həbs cəzası verilib.
Onlar Azərbaycan Respublikasına casusluq etməkdə günahlandırılıblar. Azərbaycanlı fəallar vəkillə belə təmin olunmayıblar. Məhkəmə prosesi də qapalı şəraitdə keçirilib.

Qeyd edək ki, İsmayıl Bərzgəri stomatoloqdur, onun Təbrizdə və Bakıda diş klinikası var, Rəsul Heydərzadə musiqiçidir, Cavad Zadkamın isə Təbrizdə idman zalı var.

Onlar 2011-ci ilin aprelində Təbrizdə həbs olunublar. Saxlanılan şəxslərin Tehranın Evin həbsxanasının 209-cu bölməsinin təkadamlıq kameralarında 7 ay ağır işgəncələrə məruz qaldıqları bildirilir. İki ay əvvəl isə həmin həbsxananın 350-ci ümumi bölməsinə köçürülüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR