Bank Of Baku

Avropa Birliyinin üzvü olan 6 ölkənin səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Avropa Birliyinin üzvü olan 6 ölkənin səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
# 15 fevral 2012 11:36 (UTC +04:00)
APA-nın məlumatına görə, İtaliya, İspaniya, Fransa, Yunanıstan, Portuqaliya və Hollandiyanın səfirləri bu gün səhər saatlarında ayrı-ayrılıqda İran Xarici İşlər Nazirliyində olublar. Görüşdə AB-nin İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar və başqa məsələlər müzakirə olunub.

Bu arada İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, deputat Kərim Abidi deyib ki, Avropanın bəzi ölkələri AB-nin İran neftinə tətbiq etdiyi sanksiya qərarının ləğv olunması üçün İrandan möhlət istəyib: “Hətta Fransa və AB-yə üzv digər ölkələrin səfirləri parlamentə gələrək Avropaya neft ixracını dayandırmaq haqda hazırlanmış qanun layihəsinin gündəlikdən çıxarılmasını tələb edib. Bundan əlavə, bəzi Şərq Avropa ölkələri də AB-nin sanksiya qərarının siyasi bir qərar olduğunu bildiriblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR