Bank Of Baku

Tailand hökuməti İran vətəndaşlarının İsrail diplomatlarına qarşı terror törətməyə cəhd göstərdiyini açıqlayıb

Tailand hökuməti İran vətəndaşlarının İsrail diplomatlarına qarşı terror törətməyə cəhd göstərdiyini açıqlayıb
# 15 fevral 2012 13:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Tailand hökuməti fevralın 14-də paytaxt Bankqoq şəhərində baş vermiş hadisə ilə bağlı rəsmi məlumat yayıb. APA-nın xəbərinə görə, açıqlamada terrorçuların 3 İran vətəndaşı olduğu, onlardan 28 yaşlı Səid Muradi adlı şəxsin fevralın 14-də Bankqoqda törətdiyi partlayışda iki ayağını itirdiyi, Məhəmməd Xəzai adlı şəxsin Bankqoq aeroportunda həbs olunduğu, Məsud Sədaqətzadənin isə artıq Malayziyaya qaçdığı və orada gizləndiyinin ehtimal edildiyi bildirilib.

Açıqlamada bu şəxslərin İsrailin Tailanddakı diplomatlarına qarşı terror həyata keçirmək niyyətində olduqları və bu məqsədlə diplomatların avtomobillərinə bomba yerləşdirmək istədikləri qeyd edilib: “Lakin əllərində kifayət qədər təchizat olmadığından məqsədlərinə nail ola bilməyiblər. Onların yaşadığı mənzildə bəzi partlayıcı maddələr və bomba istehsalında istifadə olunan qurğular aşkarlanaraq götürülüb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR