Bank Of Baku

İranda mühakimə olunan azərbaycanlı jurnalistin məhkəməsində özü və vəkilinin iştirakı təmin edilməyib

İranda mühakimə olunan azərbaycanlı jurnalistin məhkəməsində özü və vəkilinin iştirakı təmin edilməyib
# 15 fevral 2012 23:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda həbsdə olan azərbaycanlı jurnalistin 2012-ci fevralın 15-də məhkəməsi keçirilib. APA-nın məlumatına görə, İbrahim Rəşidinin (Savalan) işinə Meşkinşəhr (Xiyav) İnqilab Məhkəməsində baxılıb. Azərbaycanlı jurnalist və onun vəkilinin iştirak etmədiyi prosesdə hələlik qərar qəbul edilməyib. Lakin hüquq müdafiəçiləri bildirib ki, bu cür qiyabi keçirilən məhkəmədə də hökm çıxarıla bilər.
Qeyd edək ki, İbrahim Savalan 2012-ci il yanvarın 22-də Təbrizdə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib. Azərbaycanlı jurnalistin istintaq zamanı işgəncələrə məruz qaldığı və indiyədək ailəsi ilə əlaqə saxlamağa icazə verilmədiyi bildirilib. İbrahim Rəşidi Təbrizdə Azərbaycan dili müəllimi, “Şəhriyar” ədəbi dərnəyinin qurucusu, “Ulduz” və “Bulud” dərgilərinin məsulu kimi də tanınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR