Bank Of Baku

Ermənistan xarici işlər nazirinin müavini İranda səfərdədir

Ermənistan xarici işlər nazirinin müavini İranda səfərdədir
# 16 fevral 2012 00:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Ermənistan xarici işlər nazirinin müavini Savarş Köçəryan İranda səfərdədir. APA-nın məlumatına görə, səfər çərçivəsində Ermənistan rəsmisi İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb. Görüşdə beynəlxalq və regional məsələlər, həmçinin ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub. Bundan əlavə, S. Köçəryan İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı ilə də görüşüb. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin inkişafı və İranla Ermənistan arasında imzalanmış müqavilələrin icrasının zəruriliyi əsas müzakirə mövzusu olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR