Bank Of Baku

İran Tehran nüvə tədqiqat reaktoruna uran yanacağı çubuqları, Nətənzdəki nüvə obyektinə dördüncü nəsil sentrifuqalar yerləşdirib

İran Tehran nüvə tədqiqat reaktoruna uran yanacağı çubuqları, Nətənzdəki nüvə obyektinə dördüncü nəsil sentrifuqalar yerləşdirib
# 16 fevral 2012 01:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda ölkənin nüvə alimlərinin yeni nailiyyətlərinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə İran prezidenti Mahmud Əhmədinejad, ölkənin xarici işlər naziri Əli Əkbər Salehi və İranın Atom Enerji Təşkilatının sədri Feridun Abbasi-Davani də iştirak edib. Tədbirdə İranın Atom Enerji Təşkilatının mühəndisləri ölkənin son nüvə nailiyyətləri barədə hesabat təqdim ediblər. Bundan sonra İranın öz istehsalı olan 20 faizlik zənginləşdirilmiş uran yanacağı çubuqları 5 meqavatlıq Tehran nüvə tədqiqat reaktoruna yerləşdirilib. Bu reaktorda tibb və kənd təsərrüfatı sahəsində istifadə olunan radioaktiv izotoplar istehsal olunacaq. Eyni zamanda yerli istehsal olan dördüncü nəsil uran zənginləşdirilməsi sentrifuqaları Nətənzdəki nüvə obyektinə yerləşdirilib. Bu sentrifuqaların 3.5 faizlik uran zənginləşdirilməsinin sürətini 50% sürətləndirəcəyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR