Bank Of Baku

ABŞ pilotsuz təyyarəsi Pakistanda 13 silahlını məhv edib

ABŞ pilotsuz təyyarəsi Pakistanda 13 silahlını məhv edib
# 16 fevral 2012 19:31 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın pilotsuz təyyarəsi Pakistanın şimal-qərbində Tayfalar zonasında aralarında 8 özbək radikal islamçı olmaqla azı 13 silahlını məhv edib.
APA-nın DawnNews telekanalına istinadən verdiyi xəbərə görə, ilk hücumla pilotsuz təyyarə Şimali Vəziristandakı Mir Əli şəhərində bir avtomobilə endirdiyi zərbə ilə 5 silahlı məhv edib. Sonradan Miranşah şəhərindəki evə endirilən zərbə ilə 8 silahlı zərərləşdirilib.
Qeyd edək ki, Tayfalar zonası Pakistanın xüsusi bölgəsidir. Burada federal qanunlar işləmir və polisin səlahiyyətləri yoxdur. Hazırda Zonada Pakistana tabe olan 7 mini-dövlət yerləşir: Bacaur, Mohmənd, Xeybər, Kürrəm, Orakzay, Şimali və Cənubi Vəziristan.
Bu zonada bir necə radikal islam qruplaşmalarının silahlıları sığınaq tapıblar. Onlar qonşu Əfqanıstandakı rejimə və Pakistan hökumətinə qarşı mübarizə aparırlar
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR