Bank Of Baku

İran Avropaya neft ixracı üçün üç şərt irəli sürüb

İran Avropaya neft ixracı üçün üç şərt irəli sürüb
# 18 fevral 2012 10:32 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə İspaniyanın sənaye naziri Xose Manuel Soria bildirib.

Onun sözlərinə görə, Avropa Birliyinə (AB) üzv olan 6 ölkənin səfirlərinin İran Xarici İşlər Nazirliyinə çağırılması da həmin şərtləri açıqlamaq məqsədi daşıyıb: “Birincisi, İran ixrac etdiyi neftin pulunun ödənilməsinin zəmanət altına alınmasını istəyir. İkincisi, İran Avropaya neft satışı ilə bağlı müqavilələrin 3 və ya 5 illik bağlanılmasını tələb edir. Üçüncüsü, İran sazişlərin heç bir şəkildə alıcı ölkələr tərəfindən ləğv edilə bilməməsi şərtini irəli sürüb”. X. Soria həmçinin İranın AB ölkələrinə qısamüddətli müqavilələr çərçivəsində neft satışı təklifini də rədd etdiyini vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl AB-yə üzv olan 6 ölkənin - İtaliya, İspaniya, Fransa, Yunanıstan, Portuqaliya və Hollandiyanın İrandakı səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə AB-nin İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar və başqa məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR