Bank Of Baku

Qulamrza Cəlali: “İranda Yahoo, Google və Gmailə qarşı “yerli internet” işə salınacaq”

Qulamrza Cəlali: “İranda Yahoo, Google və Gmailə qarşı “yerli internet” işə salınacaq”
# 20 fevral 2012 07:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranda Yahoo, Google və Gmailə qarşı “yerli internet” fəaliyyətə başlayacaq. APA-nın məlumatına görə, bu barədə İranın Passiv Müdafiə Təşkilatının rəhbəri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) üzvü, general Qulamrza Cəlali məlumat verib. Onun sözlərinə görə, Yahoo, Google və Gmail xaricdə yerləşdiyindən etibarlı deyil: “Ona görə də “milli internet” layihəsi həyata keçiriləcək. Əgər dünya internet şəbəkəsi ilə İranın əlaqələri kəsiləcəksə, daxildə də problem yaranacaq. Bu səbəbdən “yerli internet” şəbəkəsinin qurulması qaçılmazdır”. Q. Cəlali deyib ki, İranda məlumat alış-verişini təmin etmək məqsədilə ölkənin İnformasiya və Rabitə Nazirliyi tərəfindən “verilənlər mərkəzi”nin qurulması üçün ciddi işlər davam etdirilir: “Bundan əlavə, yerli məlumat-axtarış sistemi yaradılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR