Bank Of Baku

Əli Əkbər Salehi: “Müzakirələr üçün vaxt vermişik və hazırda qarşı tərəfdən cavab gözləyirik”

Əli Əkbər Salehi: “Müzakirələr üçün vaxt vermişik və hazırda qarşı tərəfdən cavab gözləyirik”
# 20 fevral 2012 08:20 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İranın nüvə proqramı ilə bağlı “altılıq”la keçirəcəyi müzakirələr Türkiyənin İstanbul şəhərində olacaq”. APA-nın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Əli Əkbər Salehi jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştona məktub göndərib: “Müzakirələrin keçiriləcəyi yer məlumdur, ancaq vaxt hələlik müəyyənləşməyib. Ancaq məktubda müəyyən tarix göstərilib. Məkan isə dəyişməzdir, yəni mütləq İstanbul olacaq. Hazırda qarşı tərəfdən cavab gözləyirik. Biz müzakirələrə tam hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR