Bank Of Baku

Mübariz Əhmədoğlu: “Uzun müddət yəhudilərin maraqlarına xidmət edən iranlılar indi də onların qüdrətini tərənnüm etməkdədirlər”

Mübariz Əhmədoğlu: “Uzun müddət yəhudilərin maraqlarına xidmət edən iranlılar indi də onların qüdrətini tərənnüm etməkdədirlər”
# 20 fevral 2012 09:33 (UTC +04:00)
Bakı-APA. “İran İslam Respublikasının baza parametrləri - ərazisi, əhalisi, neft-qaz ehtiyatları, coğrafiyası, tarixi və sair həqiqətən zəhmli, bəlkə də vahiməli təəssürat yaradır. Doğrudan da, vaxtilə İranla eyni sırada olmuş dövlətlərin bir çoxu indi yoxdur. Kimsə indi deyə bilər ki, o dövlətlər də İran kimi sadəcə adlarını dəyişiblər. Amma İranın mövcud baza parametrləri indinin özündə də kifayət düşündürücü nəticələrə gətirib çıxarır. Heç kəs bilmir ki, İran uzun müddət ərazisinə görə təxminən 80, əhalisinə görə isə təxminən 15-20 dəfə ondan kiçik olan İsrailin əlində alət olub, ərəb dövlətlərinin belini qırıb”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.

Onun sözlərinə görə, 1967-ci ildə və ondan sonra İsrailin bütün ərəb torpaqlarını işğal etməsində İranın nefti, pulu və siyasi dəstəyi əvəzsiz rol oynayıb: “Şükürlər olsun ki, İranın indiki təbliğatçıları ərəb torpaqlarının işğalı məsələsində İranın İsrailin yanında olduğunu etiraf edirlər. İranın indiki siyasətində də İsrail ilə bağlı məsələlər var. İsraili söyən, yer üzündən məhv etmək istəyən İran bu günədək vaxtilə İsraildən aldığı “F-14 Tomcat” və digər “F” tipli qırıcı təyyarələrin ehtiyat hissələrini nə yolla əldə etdiyini açıqlamır. Bütün dünya mediasının İsrailin əlində olduğunu iddia edən İran bu günədək gündə bir televiziya, ya da sayt yaradıb dünyaya necə çıxdığını izah etməyib. Son bir ildə bəzi gizli məsələlərlə bağlı İsrail ilə İran arasında əlaqələr haqqında xeyli yazılar yazılıb. Bunların içərisində hətta hərbi silah alınmasına cəhdlərlə bağlı məlumatlar var. İran bunların heç birisini təkzib etməyib. İranın Fələstin dövlətçiliyinin BMT tərəfindən tanınmasına münasibəti də ikibaşlıdır. Fələstin muxtariyyətinin son tanınmasının rəsmi olaraq əleyhinə üç dövlət çıxdı - İsrail, ABŞ, İran. 1967-ci ildə ərəb torpaqlarının işğalı zamanı İsrailin yanında olan İran indi də Azərbaycan torpaqlarının işğalı zamanı ya susub, ya da ermənilərin yanında olub.

30-32 milyonluq İranın təxminən 1,5 milyonluq İsrailin əlində (1979-cü il İslam inqilabınadək İranda və İsraildə əhalinin sayı bu rəqəmlərlə ifadə olunurdu) alət olmasının, xüsusilə islama qarşı istifadə olunmasının kökləri araşdırılmalı, heç bir variant diqqətdən kənarda qalmalı deyil. İranın siyasətində, davranışında heç nə ,o cümlədən İran qadınlarının hicabın yəhudi qaydasına əməl etməsi təsadüfi deyil.
İranın İsraildən qorxması və ya yəhudifobiya ehtimalını nəzərdən keçirməklə yanaşı, həm də İsrailin vaxtilə əlindəki imkanlardan istifadə edərək İranda müəyyən qrup insanları və ya müəyyən təbəqələri zombiləşdirməsi ehtimalını da diqqətdən kənarda saxlaya bilmərik. Bugünkü dini və rəsmi Tehran İsrailin və ya yəhudilərin böyüklüyünün və ya qüdrətinin tərənnümçüsü və ya təbliğatçısına çevrilib.

İranın özgə dövlətlərin təsiri altına düşməsi və sonradan yəhudilərin əlində alətə çevrilməsi İranın hakim elitası daxilində hakimiyyət uğrunda etniki mübarizədən başlayıb. İranda azərbaycanlıların hakimiyyətini zəiflədən qüvvələr bu məsələdə ingilislərlə və digər Qərb qüvvələri ilə sıx əməkdaşlıq ediblər. Beləliklə, dədə-babadan dövlətçilik ənənəsi olan, müstəqil dövlət qurmağı, yaşatmağı bacaran azərbaycanlılar İranda hakimiyyətdən uzaqlaşdırıldı, yerinə Pəhləvilər gəldi. İranın heç bir siyasətçisi və ya eksperti Pəhləvilərin hakimiyyəti dövründə elə bir onillik dövr göstərə bilməzlər ki, İran bu dövrdə müstəqil və aydın siyasət aparmış olsun.
İranın indiki hakim elitası da müstəqil siyasətin nə olduğunu bilməyənlərin əlindədir. Ona görə bu cür siyasətçilərə Azərbaycanın və ya başqa dövlətin müstəqil siyasət aparmaq bacarığından danışmağının əhəmiyyəti yoxdur. Necə deyərlər, “evdə bişməyib, qonşudan gətirənləri isə qoymayıblar”. İndi belə İran İsraildən qorxunu ideallaşdırmaqla, əslində, özlərinin normal idarəçilik potensiallarını tamamilə tükədirlər. Şişirdilmiş yəhudi qorxusu İranın indiki düşdüyü vəziyyətin ən əsas səbəblərindən biridir.

İran İslam Respublikası və Azərbaycan iki müstəqil dövlətdir. Dünyada Azərbaycan Respublikasından hər baxımdan kiçik dövlətlər olduğu kimi İrandan da qat-qat böyük, güclü və qüdrətli dövlətlər mövcuddur. Belə dünyada İranın hər hansı bir təhlükəni və ya riski olduğundan artıq qəbul etməsi ilk növbədə özü üçün ziyanlıdır. Risk baxımından müasir dünyanın gedişin anlamaq üçün İranın siyasətçilərinə iki nümunə göstərmək istəyirəm:
- birincisi, Çin və Monqolustanın qonşuluğunu bütün prizmalardan tədqiq etsinlər;
- ikinci misal Hindistanla bağlıdır. Hindistan təkcə dünyanın ən böyük dövlətlərindən biri deyil, həm də dini və etniki baxımdan paradoksal zəngin dövlətdir. Bütpərəstliklə təkallahlıq, təkallahlığın içərisində də müxtəlif dinlər, cərəyanlar, təriqətlər mövcuddur. Etniki palitra dini palitradan geri qalmır. Belə Hindistan Çinlə yanaşı yaxın 10-15 ildə dünyanın ilk iqtisadi qüdrətlərindən birinə çevrilmək vəziyyətindədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR