Bank Of Baku

İranda edama məhkum olunmuş Səkinə Məhəmmədinin vəkili 6 il azadlıqdan məhrum edilib

İranda edama məhkum olunmuş Səkinə Məhəmmədinin vəkili 6 il azadlıqdan məhrum edilib
# 21 fevral 2012 10:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda zinada günahlandırılaraq daşqalaq olunmaqla edama məhkum edilmiş Səkinə Məhəmmədi Aştiyaninin vəkili Hutən Kiyan 6 il azadlıqdan məhrum edilib. APA-nın məlumatına görə, Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi ona 1 il, Təbriz şəhər Məhkəməsi isə 5 il həbs cəzası verib. Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 40-cı şöbəsi hər iki qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, Hutən Kiyan 2010-cu il oktyabrın 10-da Səkinə Məhəmmədi Aştiyaninin oğlu Səccad Qadirzadə və onlardan müsahibə almaq istəyən iki alman jurnalistlə birlikdə İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən ofisində həbs olunub. Əvvəlcə ETTELAAT-ın təcridxanasında saxlanılan vəkilin sonradan Tehranın Evin həbsxanasının 209-cu bölməsində köçürülərək işgəncələrə məruz qaldığı bildirilir. Hazırda Hutən Kiyan Təbriz mərkəzi həbsxanasının narkomanlar bölməsində saxlanılır və ailəsi ilə əlaqə saxlamasına qadağa qoyulub. Hətta ona digər məhbuslarla da ünsiyyətdə olmaq yasaqlanıb. Hutən Kiyanın vəkil tutmasına da icazə verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR