Bank Of Baku

Avstraliyada 12.76 karatlıq çəhrayı almaz tapılıb

Avstraliyada 12.76 karatlıq çəhrayı almaz tapılıb
# 22 fevral 2012 07:44 (UTC +04:00)
APA-nın məlumatına görə, bu Avstraliya ərazisində aşkarlanan ən böyük çəhrayı almaz hesab olunur. Tapılan nadir daşın çəkisi 12,76 karatdır. "Argyle Pink Jubilee" adı verilən almaz Arqayl mədənində qazıntılar zamanı aşkarlanıb. Dünyada hasil olunan çəhrayı almazların 90 faizi Arqayl mədəninin payına düşür. 10 gün davam edəcək cilalanma prosesindən sonra çəhrayı almaz dünyanın bir çox ölkələrində nümayişə çıxarılacaq, daha sonra qapalı hərracda satılacaq. Şirkət "Argyle Pink Jubilee" almazının təxmini qiymətini müəyyənləşdirməyə çətinlik çəkdiyini açıqlayıb. Şirkətdən yalnız onu bildiriblər ki, bu tip daşlar yalnız muzeylərin kolleksiyalarında saxlanır, yaxud kral ailələrinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR