Bank Of Baku

İranın Sistan və Bəlucistan vilayətində qarşıdurmada 5 nəfər ölüb

İranın Sistan və Bəlucistan vilayətində qarşıdurmada 5 nəfər ölüb
# 22 fevral 2012 14:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın Sistan və Bəlucistan vilayətinin Zahidan şəhərində təhlükəsizlik qüvvələri ilə “Condollah” adlı bəlucların milli və dini hüquqları uğrunda silahlı mübarizə aparan qruplaşmanın üzvləri arasında qarşıdurma baş verib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, qarşıdurmada 5 nəfər həlak olub. Onlardan biri İran hərbçisi, dördü isə həmin qruplaşmanın üzvüdür. Öldürülənlər arasında “Condollah”ın rəhbər şəxslərindən Abdullah Pakutahın da olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR