Bank Of Baku

Silahlı şəxslər Misir prezidentliyinə namizədi yaralayıblar

Silahlı şəxslər Misir prezidentliyinə namizədi yaralayıblar
# 24 fevral 2012 07:26 (UTC +04:00)
Bakı-APA. Qahirədə prezidentliyə namizəd, islamçı Abdel Moneim Abdul Fatux hücuma məruz qalıb. APA-nın məlumatına görə, silahlı şəxslər prezidentliyə namizədin maşınını qaçırıblar. Namizəd özü beyin silkələnməsi travması alıb. “Reuters”in xəbərinə görə, üç nəfər maskalı şəxs siyasətçinin başına zərbə endirərək maşından düşürüb, sonra onun maşınında aradan çıxıblar. Hadisə Qahirədə dairəvi yolda baş verib. Xəsarət almış prezidentliyə namizəd xəstəxanaya çatdırılıb və intensiv terapiya şöbəsində həkim nəzarəti altında saxlanır. 60 yaşlı Fatux “Müsəlman qardaşları” partiyasının sabiq üzvüdür və prezidentliyə əsas namizədlərdən sayılır. Misirdə prezident seçkiləri iyun ayında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR