Bank Of Baku

Təbrizdə 1300 işçisi olan kibrit fabriki bağlanır

Təbrizdə 1300 işçisi olan kibrit fabriki bağlanır
# 25 fevral 2012 01:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində fəaliyyət göstərən kibrit fabriki bağlanır. APA-nın İLNA-ya istinadən məlumatına görə, 1300 işçisi olan fabrikin ölkədə bəzi kommunal xərclərin - qaz, su, elektrik enerjisinin qiymətinin artması və kibrit qaçaqmalçılığından dolayı istehsalı tamamilə aşağı düşüb. Şərqi Azərbaycan vilayətinin rəsmisi Çingiz Qasımi məsələ ilə bağlı deyib ki, hazırda anbarlar fabrikin istehsal etdiyi kibritlərlə doludur: “Ancaq ölkə bazarlarında Çindən gətirilən keyfiyyətsiz kibritlər satılır. Bu kibritlər saxtadır və Çində İran etiketi ilə istehsal olunub. Hazırda ölkədə enerjidaşıyıcılarının qiyməti on qat artıb və bu da istehsalın xərcinin çoxalmasına səbəb olub. Bu sahəyə hökumət tərəfindən heç bir dəstək yoxdur. Bu vəziyyət davam edirsə, vilayətdə bütün kibrit sənayesi məhv olacaq. Bu da minlərlə adamın işsiz qalmasına gətirib çıxaracaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR