Bank Of Baku

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranla bağlı hesabatını açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranla bağlı hesabatını açıqlayıb
# 25 fevral 2012 10:48 (UTC +04:00)
APA-nın məlumatına görə, sənəddə İranın nüvə fəaliyyətlərini davam etdirdiyi və uranın zənginləşdirilməsi prosesini sürətləndirdiyi bildirilib. Eyni zamanda hesabatda AEBA nümayəndə heyətinin bu ilin yanvar və fevral aylarında İrana həyata keçirdikləri hər iki səfər çərçivəsində də bu ölkənin nüvə proqramının hərbi məqsəd daşıyıb-daşımadığını öyrənmək üçün nailiyyət əldə edə bilmədikləri qeyd olunub: “İran agentlik müfəttişlərinə inandırıcı izahat verməyib. Ona görə də AEBA bu ölkənin nüvə proqramının hərbi məqsəd daşımasından narahatdır. Çünki “Nətənz” və “Fordo” nüvə obyektlərində uranın zənginləşdirilməsi prosesi sürətlə aparılır. İran indiyədək 110 kiloqram 20 faizlik uran zənginləşdirməyə müvəffəq olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR