Bank Of Baku

Yəmənda prezident sarayı yaxınlığında avtomobili partladılıb

Yəmənda prezident sarayı yaxınlığında avtomobili partladılıb
# 25 fevral 2012 13:15 (UTC +04:00)
Bakı – APA. Bu gün Yəmənin cənubundakı Xadramaut şəhərində naməlum şəxslər prezident sarayı yaxınlığında dayanan avtomobili partladıblar. Partlayış nəticəsində azı 26 nəfərin həlak olduğu bildirilir. APA-nın «Reuters» agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Yəmənin yeni prezidenti Əbd Rəbbu Mənsur Hadinin and içmə mərasimindən sonra baş verib.

Qeyd edək ki, bu həftə ölkədə yeni prezident seçkiləri keçirilib. Yeni dövlət başçısı keçid dövr üçün – iki il müddətinə seçilib. Bu dövr ərzində yeni siyasi sistemin müəyyənləşdirilməsi və yeni konstitusiyanın hazırlanması üçün milli dialoq konfransı çağırılmalıdır. Bundan sonra parlament və prezident seçkiləri təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR