Bank Of Baku

Piratlar İrana məxsus neft tankerini ələ keçirməyə cəhd göstəriblər

Piratlar İrana məxsus neft tankerini ələ keçirməyə cəhd göstəriblər
# 25 fevral 2012 20:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İrana məxsus neft tankeri Bab-ül Məndəb körfəzində piratların hücumuna məruz qalıb. APA-nın məlumatına görə, piratlar 6 qayıq ilə tankerə yaxınlaşaraq gəmini ələ keçirməyə cəhd göstəriblər. Nəticədə İran Hərbi-Dəniz Qüvvələrinin hərbçiləri ilə dəniz quldurları arasında qarşıdurma baş verib. Lakin tərəflər arasında yaranmış silahlı atışmada iranlı hərbçilər üstünlük qazanıblar. Piratlar ərazidən uzaqlaşdıqdan və təhlükə sovuşduqdan sonra tanker yoluna davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR