Bank Of Baku

Sabah İranda parlament seçkiləridir

Sabah İranda parlament seçkiləridir
# 01 mart 2012 11:34 (UTC +04:00)
APA-nın məlumatına görə, seçkilərdə 290 yer uğrunda 3444 deputatlığa namizəd mübarizə aparır. Ölkədə səsvermə hüququna malik 48 milyondan çox vətəndaş var. Onlar 66.547 səsvermə məntəqəsində səs verəcəklər. Seçkilərdə təhlükəsizliyi polislərdən əlavə, İran İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) və “Bəsic”in (hökumət tərəfdarı könüllülər dəstəsi) 85 min əməkdaşı da qoruyacaq. Seçkilərin nəticələri gələn həftə açıqlanacaq. İran parlamenti yeni tərkibdə mayın 27-də fəaliyyətə başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR