Bank Of Baku

Türkiyənin baş naziri İrana səfər edəcək

Türkiyənin baş naziri İrana səfər edəcək
# 03 mart 2012 16:31 (UTC +04:00)
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, səfər martın 26-27-də Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçiriləcək və iki gün davam edəcək Beynəlxalq Nüvə Təhlükəsizliyi Konfransından sonra reallaşacaq.

Konfransın əsas müzakirə mövzusu İranın mübahisəli nüvə proqramı olacaq. Türkiyənin baş naziri konfransda “altılıq” ölkələri və İran arasında müzakirələrin İstanbul şəhərində keçirilməsini təklif edəcək. Razılıq əldə olunacağı təqdirdə, tərəflər arasında danışıqlar ən geci bu ilin aprelində İstanbulda başlayacaq. R.T.Ərdoğan Tehrana səfəri zamanı İran prezidenti Mahmud Əhmədinejada konfransın detalları barədə ətraflı məlumat verəcək.

Qeyd edək ki, Türkiyə baş nazirinin əvvəlcə martın 28-də Seuldan Tehrana səfər etməsi planlaşdırılsa da, həmin gün İran prezidenti ölkədə olmayacağından görüş bir həftə təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR