Bank Of Baku

ABŞ-ın Merilend Universiteti İsrail vətəndaşlarının İrana hərbi müdaxilə barədə fikirlərini öyrənmək üçün sorğu keçirib

ABŞ-ın Merilend Universiteti İsrail vətəndaşlarının İrana hərbi müdaxilə barədə fikirlərini öyrənmək üçün sorğu keçirib
# 03 mart 2012 18:22 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ-ın Merilend Universiteti İsrail vətəndaşlarının İrana hərbi müdaxilə barədə fikirlərini öyrənmək üçün sorğu keçirib. APA-nın məlumatına görə, respondentlərin 43%-i ABŞ-ın İsrailə dəstək verməsi təqdirində İrana hərbi müdaxilənin tərəfdarı olduqlarını açıqlayıblar. İsrail vətəndaşlarının 32%-i isə bütün vəziyyətlərdə İrana hərbi müdaxiləyə şiddətlə qarşı çıxıblar. Bundan əlavə, sorğuda iştirak edənlərin 22%-i ABŞ-ın dəstəyi olmadan da İsrailin İrana hərbi müdaxilə etməsinə tərəfdar olduqlarını bildiriblər. Eyni zamanda respondentlərinin 74%-i İranla ehtimal olunan müharibə vəziyyətində Livandakı “Hizbullah” təşkilatının rəsmi Tehrana dəstək verəcəyinə inanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR