Bank Of Baku

Suriyada həlak olmuş jurnalistlərin cəsədləri Dəməşqə gətirilib

Suriyada həlak olmuş jurnalistlərin cəsədləri Dəməşqə gətirilib
# 03 mart 2012 18:57 (UTC +04:00)
Bakı-APA. Suriyada həlak olmuş jurnalistlər Remi Oşlik və Mari Kolvinin cəsədləri Dəməşqə gətirilərək Fransa və Polşa səfirliklərinin nümayəndələrinə təhvil verilib. Bu barədə APA Frans Press-ə istinadən məlumat verir. Xatırladaq ki, Polşa Suriyada ABŞ-ın maraqlarını təmsil edir.

Ötən həftə Suriyanın Xums şəhərində ABŞ və Fransadan olan jurnalistlər Mari Kolvin və Remi Oşlik həlak olublar. Suriya rəsmiləri bu jurnalistlərin ölkə ərazisində olduğunu bilmədiklərini bəyan ediblər. Xums şəhərində baş verən şiddətli döyüşlər səbəbindən jurnalistlərin cəsədlərini bir neçə gün ərzində götürmək mümkün olmayıb.

Yalnız martın 1-də onların cəsədləri Xumsun Baba Əmr məhəlləsində aşkar edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR