Bank Of Baku

Pakistanda keçmiş daxili işlər nazirinə sui-qəsd edilib

Pakistanda keçmiş daxili işlər nazirinə sui-qəsd edilib
# 03 mart 2012 22:26 (UTC +04:00)
Bakı-APA. Terrorçu-kamikadze Pakistanın keçmiş daxili işlər naziri Əftiab Xan Şerpaonun getdiyi kortejə hucum edib. Hadisə Pakistanın Çarsadda şəhərində baş verib. Bombanın partlaması nəticəsində keçmiş nazirin cangüdəni həlak olub, daha 6 nəfər isə yaralanıb.

Şerpao 2004-07-ci illərdə Pakistanın daxili işlər naziri olub. Nazir olarkən ekstremist qruplaşmalarla ciddi mübarizə aparıb.

Şerpaoya qarşı dəfələrlə sui-qəsd təşkil edilib. Belə sui-qəsdlərin birində onun kiçik oğlu həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR