Bank Of Baku

Çin Suriyadakı qarşı duran tərəfləri silahı yerə qoymağa çağırıb

Çin Suriyadakı qarşı duran tərəfləri silahı yerə qoymağa çağırıb
# 04 mart 2012 03:45 (UTC +04:00)
Bakı-APA. Çin Suriya hökumətini və ölkə prezidenti Bəşər Əsədə qarşı çıxış edən üsyançıları silahı yerə qoyaraq BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annanın vasitəçiliyi ilə danışıqlara başlamağa çağırıb.
Britaniyanın Telegraph qəzeti bu barədə Çin xarici işlər nazirliyinə istinadən məlumat verir.

«Suriya hökuməti və bütün maraqlı tərəflər dərhal, tamamilə və heç bir şərtsiz bütün zorakılıq aktlarına, xüsusən günahsız mülki sakinlərə qarşı zorakılığa son qoymalıdırlar», deyə Çin xarici siyasət idarəsinin bəyanatında bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR