Bank Of Baku

İran parlamentinə 219 nəfərin seçildiyi açıqlanıb

İran parlamentinə 219 nəfərin seçildiyi açıqlanıb
# 05 mart 2012 10:04 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda martın 2-də keçirilmiş IX çağırış parlament seçkilərində 204 seçki bölgəsindən 219 namizəd deputat seçilib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın Daxili İşlər Nazirliyi məlumat yayıb. Xəbərdə seçicilərin ən az ¼-nin səsini ala bilməyən namizədlərin ikinci turda mübarizə aparacaqları bildirilib. İkinci turun nə vaxt keçiriləcəyi məlum deyil. Seçkilərin rəsmi nəticələri bu gün açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR