Bank Of Baku

İranda martın 2-də keçirilmiş parlament seçkilərinin nəticələri açıqlanıb

İranda martın 2-də keçirilmiş parlament seçkilərinin nəticələri açıqlanıb
# 05 mart 2012 20:40 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda martın 2-də keçirilmiş IX çağırış parlament seçkilərinin nəticələri açıqlanıb. APA-nın İRNA-ya istinadən məlumatına görə, İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib ki, seçkilərdə 48 milyon 288 min 799 nəfər səsvermə hüququna malik seçicinin 64%-i iştirak edib: “Bu da VIII çağırış parlament seçkiləri ilə müqayisədə 11% artım deməkdir. Seçkilərdə ən yüksək seçici fəallığı Kohkohuliyə Boyr Əhməd (89%), İlam (87%) və Çahar Mahal və Bəxtiyari (81%) vilayətlərində qeydə alınıb”. Onun sözlərinə görə, 290 yerlik İran parlamentində 225 nəfər birinci mərhələdə təmsil olunmağa nail olub: “Ancaq qalan 65 nəfərlik yer üçün 130 nəfər ikinci mərhələdə mübarizə aparacaq”. Lakin İranın daxili işlər naziri ikinci turun nə vaxt keçiriləcəyini açıqlamayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR