Bank Of Baku

İran Belçika, Hollandiya və Çexiyaya xam neft ixracını dayandıra bilər

İran Belçika, Hollandiya və Çexiyaya xam neft ixracını dayandıra bilər
# 06 mart 2012 01:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Belçika, Hollandiya və Çexiyaya xam neft ixracını dayandıra bilər. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, buna səbəb Avropa Birliyinə üzv olan hər üç ölkənin İranın Neft Nazirliyinin şərtlərini qəbul etməməsidir.
Qeyd edək ki, İran ilk növbədə ixrac etdiyi neftin pulunun ödənilməsinin zəmanət altına alınmasını istəyir. İkincisi, İran Avropaya neft satışı ilə bağlı müqavilələrin 3 və ya 5 illik bağlanılmasını tələb edir. Üçüncüsü, İran sazişlərin heç bir şəkildə alıcı ölkələr tərəfindən ləğv edilə bilməməsini irəli sürür.
Bundan əvvəl İran Böyük Britaniya və Fransaya neft satışını dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR