Bank Of Baku

Avstraliyada 13 min nəfər daşqın təhlükəsi qarşısında evlərini tərk edib

Avstraliyada 13 min nəfər daşqın təhlükəsi qarşısında evlərini tərk edib
# 06 mart 2012 04:58 (UTC +04:00)
Bakı-APA. Avstraliyanın Yeni Cənubi Uels ştatında 13 mindən artıq insan daşqın təhlükəsinə görə öz evlərini tərk edib.

Daha iki min sakin daşqın nəticəsində yaranmış adalarda təcrid olunmuş vəziyyətdə qalıblar. Ən dramatik vəziyyət Sidneydən cənub-qərbdə yerləşən 57 min nəfərin yaşadığı Uoqqa-Uoqqa şəhərində yaranıb. Şəhərdən axan Marrambici çayı bu günlərdə Uoqqa-Uoqqanı basa bilər. Artıq 8 min nəfər şəhərdən köçürülüb. Digər sakinlərin də köçürülməsi davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR