Bank Of Baku

Əfqanıstanda bir kənd qar uçqunu altında qalıb, ən azı 37 nəfər ölüb

Əfqanıstanda bir kənd qar uçqunu altında qalıb, ən azı 37 nəfər ölüb
# 06 mart 2012 16:41 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanın şimal-şərqində yerləşən Darvaz vilayətində bir kənd qar uçqunu altında qalıb. APA-nın məlumatına görə, qar uçqunu nəticəsində ən azı 37 nəfər ölüb. Yerli hakimiyyət orqanları faciənin qurbanlarının sayının artdığını açıqlayıblar. Ümumilikdə kənddə 300-ə yaxın sakini olub, qar altından indiyədək yalnız 4 nəfəri sağ çıxarmaq mümkün olub. Təbii fəlakət nəticəsində bütün yollar bağlandığından xilasetmə əməliyyatına vertolyotlar cəlb olunub. Kəndin bəzi yerlərində qar tağlarının qalınlığı 4 metrə çatıb.

Qeyd edək ki, Əfqanıstan dağlarında qar uçqunları tez-tez baş verir. 2010-cu ilin fevral və mart aylarında qar uçqunları Bədəxşan vilayətində 200-dək insanın həyatına son qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR