Bank Of Baku

İranda virtual şəbəkəyə nəzarət olunması üçün şura təsis edilib

İranda virtual şəbəkəyə nəzarət olunması üçün şura təsis edilib
# 07 mart 2012 15:11 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi ölkədə virtual şəbəkəyə nəzarət olunması üçün Ali Şuranın təsis edilməsi haqda göstəriş verib. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, qurumun hüquqi və fiziki üzvləri də təyin olunub, ancaq onların adları açıqlanmayıb.

Qərarda beynəlxalq internet şəbəkəsinin fərdi və ictimai həyata nəzərəçarpacaq təsirlərinə işarə vurularaq onun yaratdığı ziyanlardan qorunmaq üçün proqramlaşdırmanın zəruriliyi, habelə xalqa geniş və faydalı xidmətlərin təqdim edilməsi üçün belə bir şuranın təşkilinin vacib olduğu vurğulanıb. Eyni zamanda quruma İranda virtual şəbəkəyə nəzarət etmək üçün milli mərkəz yaratması tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR