Bank Of Baku

İsmayıl Əhmədi Müqəddəm: İlaxır çərşənbə günü vətəndaşların qanunsuz toplaşmasının və hər hansı bir mərasim keçirməsinin qarşısı alınacaq

İsmayıl Əhmədi Müqəddəm: İlaxır çərşənbə günü vətəndaşların qanunsuz toplaşmasının və hər hansı bir mərasim keçirməsinin qarşısı alınacaq
# 08 mart 2012 01:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda ilaxır çərşənbə mərasiminin keçirilməsinə qadağa qoyulub. APA-nın məlumatına görə, bu barədə İran hüquq-mühafizə qüvvələrinin komandanı, general İsmayıl Əhmədi Müqəddəm martın 7-də jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, martın 13-də vətəndaşların qanunsuz toplaşmasının və hər hansı bir mərasim keçirməsinin qarşısı alınacaq: “Biz vətəndaşların şənlənməsinə qarşı deyilik. Ancaq pozuculuq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin qarşısını almaq üçün ilaxır çərşənbə mərasiminin qeyd olunmasına imkan verməyəcəyik. Həmin gün ümumi asayişi pozan vətəndaşlar həbs olunacaq və Novruz bayramı tətili bitənədək həbsxanada qalacaqlar”. İ. Müqəddəm əlavə edib ki, şənlik mərasimləri üçün gətirilmiş 16 ton partlayıcı maddə müsadirə olunub: ““Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) də həmin gün polis rolunu oynayacaq, bizimlə tam əməkdaşlıq edəcək və ümumi asayişi qoruyacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR