Bank Of Baku

Suriyanın neft nazirinin müavini müxalifətin tərəfinə keçib

Suriyanın neft nazirinin müavini müxalifətin tərəfinə keçib
# 08 mart 2012 04:47 (UTC +04:00)
Bakı-APA. Suriya neft və mineral resurslar nazirinin müavini Abdo Hüssaməldin istefa verərək müxalifətin tərəfinə keçdiyini bəyan edib. Bu barədə APA Reuters-ə istinadən məlumat verir.

Abdo Hüssaməldin indiyədək müxalifətin tərəfinə keçmiş ən yüksək vəzifəli Suriya məmurudur.

Suriyada hökumət əleyhinə çıxışlar artıq bir ildir ki, davam edir. BMT-nin məlumatına görə, bu çıxışlar zamanı 7,5 mindən artıq insanın öldüyünü bildirir. Suriya hökuməti bu rəqəmin 2 minə bərabər olduğunu iddia edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR