Bank Of Baku

ABŞ İran generalına sanksiya tətbiq edib

ABŞ İran generalına sanksiya tətbiq edib
# 08 mart 2012 21:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ-ın Maliyyə Nazirliyi İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah) Qüds qanadının generalı Qulamrza Bağbaniyə sanksiya tətbiq edib.

APA-nın məlumatına görə, ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı bəyanatda iranlı general narkotik maddələr və silah qaçaqmalçılığında ittiham edilib: “Q. Bağbani İran-Əfqanıstan sərhədinin tranziti kimi istifadə olunmasına şərait yaradıb. Yəni “Taliban” hərəkatına narkotik maddələrin və kimyəvi silahların daşınması üçün kömək edib. Eyni zamanda İranda istehsal olunmuş silahların onlara satışına şərait yaradıb. Ona görə də iranlı generalın ABŞ-dakı bank hesabları, bütün mal varlığı dondurulur və şirkətlərimizin bu şəxslə ticarət etməsinə qadağa qoyulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR