Bank Of Baku

Benyamin Netanyahu: “İranla müharibə qaçılmazdır”

Benyamin Netanyahu: “İranla müharibə qaçılmazdır”
# 09 mart 2012 06:54 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İranın nüvə silahına sahib olmasının qarşısını almağın yeganə yolu ciddi hərbi təhdiddir. Yalnız bu vəziyyətdə hərbi müdaxiləyə ehtiyac qalmayacaq”. APA-nın məlumatına görə, bu fikirləri İsrailin baş naziri Benyamin Netanyahu “FOX News”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İranla müharibə qaçılmazdır: “Bu ölkə yalnız 2003-cü ildə geri addım atıb. Çünki həmin vaxt İran gerçək bir təhdidin varlığına inandı. İndi belə bir paradoksla qarşı-qarşıyayıq. Əgər İran həqiqətən hücumla qarşı-qarşıya qalacağına inansa, o zaman müdaxiləyə gərək qalmaya bilər”.

B. Netanyahu deyib ki, İranın nüvə silahına sahib olmaq ehtimalı gündən-günə artır: “Mən 15 il əvvəl bu mövzudan danışanda bu, çox uzaq ehtimal idi. Ancaq 10 il əvvəl belə bir ehtimal gerçəkliyə çevrilməyə başladı. 5 ay əvvəl isə lap yaxın oldu. Yəni addım-addım bu məqsədə yaxınlaşırlar”.

İsrailin baş naziri vurğulayıb ki, İrana qarşı sanksiyalar bu ölkənin nüvə proqramını dayandırmaq üçün heç bir təsir gücünə malik deyil: “Çünki sərt sanksiyalar hərbi variant olmadan işə yaramayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR