İran Türkiyə ilə birgə universitet açmaq istəyir
09 mart 2012 06:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran Türkiyə ilə elmi-tədqiqat sahəsində əlaqələri genişləndirmək üçün birgə universitet təsis etmək niyyətindədir. APA-nın İSNA-ya istinadən məlumatına görə, bu barədə İranın elm və təhsil nazirinin beynəlxalq məsələlər üzrə müavini Ərsəlan Qurbani Türkiyənin bu ölkədəki səfiri Ümid Yardımla görüşündə bildirib. Görüşdə “İran və Türkiyənin ortaq elmi-təhsil komitəsi”nin təşkili haqda layihə, İran və Türkiyə universitetlərinin diplomlarının qarşılıqlı tanınması, Tehran Universitetində Türkiyə türkcəsi və türkologiya fakültəsinin açılması və Tehran-Ankara-Bakı əməkdaşlığı və sair məsələlər əsas müzakirə mövzuları olub.
Asiya
Azərbaycandakı "Akıncı" PUA-sı İranda qəzaya düşmüş helikopterin axtarışı üçün hazır vəziyyətdə olub
16:35
21 may 2024
İranın Konstitusiya Keşikçiləri Şurası prezident seçkilərinin tarixini təsdiqləyib
15:29
21 may 2024
Helikopter qəzasında həlak olan İran Prezidenti və digərlərinin cənazələri Təbrizdən Tehrana aparılıb - VİDEO - YENİLƏNİB
15:20
21 may 2024
Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var
14:38
21 may 2024