Bank Of Baku

İran prezidenti Mahmud Əhmədinejad ölkə parlamentində hesabat verib

İran prezidenti Mahmud Əhmədinejad ölkə parlamentində hesabat verib
# 14 mart 2012 14:04 (UTC +04:00)
APA-nın İRNA-ya istinadən məlumatına görə, İran dövlət radiosundan canlı yayımlanan iclasda prezident millət vəkillərinin ölkə iqtisadiyyatı da daxil olmaqla daxili və xarici siyasətlə bağlı suallarını cavablandırıb. Millət vəkilləri Mahmud Əhmədinejadın İranda inflyasiyanın artması, milli valyutanın dəyərdən düşməsi, dövlət vəsaitinin qeyri-effektiv istifadəsi, yeni iş yerlərinin açılması ilə bağlı açıqlamalarının düzgün olmadığını bildiriblər. İran prezidenti ayətullah Xamneyiyə heç vaxt meydan oxumadığını deyib. Bəzi sualları zarafatla cavablandırdığı üçün deputat Məhəmmədrza Kabbaz tərəfindən sərt şəkildə tənqid edilən Mahmud Əhmədinejad həmçinin Tehran metropoliteninin inşasının maliyyələşdirilməsi prosesini uğursuz aparmaqda təqsirləndirilib. Daha çox mühafizəkar deputatların suallarını cavablandıran Mahmud Əhmədinejad sonda parlament qarşısında hesabat verməsinə münasibət bildirib: “Çətin imtahan deyildi. Bizimlə məsləhətləşsəydilər, daha yaxşı suallar hazırlaya bilərdilər”. Qeyd edək ki, İranda 1979-cu il İslam İnqilabından sonra ilk dəfə olaraq ölkə prezidenti parlamentdə hesabat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR