Bank Of Baku

Səudiyyə Ərəbistanı İran neftini əvəz edə bilməyəcəyini açıqlayıb

Səudiyyə Ərəbistanı İran neftini əvəz edə bilməyəcəyini açıqlayıb
# 14 mart 2012 23:44 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA “Səudiyyə Ərəbistanı İrana neft sanksiyasının tətbiq olunacağı təqdirdə, dünya bazarında yaranacaq neft qıtlığını təmin edə bilməyəcək”. APA-nın məlumatına görə, bu barədə S. Ərəbistanının neft naziri Əli əl-Nəimi açıqlama verib. O bildirib ki, ölkəsinin neft hasilatı İran neftini əvəz etməyə yetmir: “İrana sanksiya nəticəsində dünya bazarında neft qıtlığı yaranacağı ehtimal olunur. S. Ərəbistanının neft itkisini aradan qaldıracağı ilə bağlı məlumatlar əsassızdır. Krallığın neft hasilatının gücü buna yetmir”.
Qeyd edək ki, S. Ərəbistanının bir gündə hasil etdiyi neftin 2 milyon bareli yalnız öz ölkəsinin ehtiyaclarını ödəmək üçün lazım olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR