Bank Of Baku

Əfqanıstanda Pentaqon rəhbərinə qarşı sui-qəsd həyata keçirilib

Əfqanıstanda Pentaqon rəhbərinə qarşı sui-qəsd həyata keçirilib
# 15 mart 2012 01:49 (UTC +04:00)
Bakı-APA. Əfqanıstandakı NATO qoşunlarının bazasındakı uçuş-enmə zolağında minalanmış avtomobil partlayıb. APA-nın Sky News-a istinadən verdiyi məlumata görə, hadisə ABŞ müdafiə naziri Leon Panettanın təyyarəsi aerodroma enərkən baş verib.

Terrorçu-kamikadzenin idarə etdiyi avtomobil «Kemp Bestion» bazasının uçuş-enmə zolağına ABŞ müdafiə nazirinin təyyarəsi enərkən daxil olub. Partlayışdan sonra avtomobil alışıb. Lakin Pentaqon rəhbərinin təyyarəsinə heç nə olmayıb.

ABŞ müdafiə nazirinə qəsd etmək istəyən terrorçu «Kemp Bestion»da işləyən əfqan olub. O ölməyib və ağır yaralı halda xəstəxanaya çatdırılıb. Hadisə nəticəsində bir NATO əsgəri yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR