Bank Of Baku

Səudiyyə Ərəbistanı Suriyadakı səfirliyini bağlayıb

Səudiyyə Ərəbistanı Suriyadakı səfirliyini bağlayıb
# 15 mart 2012 02:53 (UTC +04:00)
Bakı-APA. Səudiyyə Ərəbistanı Suriyadakı səfirliyini bağladığını və bu ölkədən diplomatlarını çıxardığını bəyan edib. Bu barədə APA Frans Press-ə istinadən məlumat verir.

Səfirliyin bağlanmasının səbəbi kimi Suriya hakimiyyətinin müxalifətin çıxışlarını amansızcasına yatırmağa davam etməsi göstərilir. Daha öncə Dəməşqin hərəkətlərinə etiraz əlaməti olaraq Böyük Britaniya, ABŞ, Kanada, İtaliya, Fransa və İspaniya Suriyadakı səfirliklərini bağlayıblar.

Suriyada artıq bir ildir ki, hökumət əleyhinə çıxışlar davam edir. BMT-nin məlumatına görə, bu müddət ərzində 7,5 mindən artıq insan həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR