Bank Of Baku

SWIFT 30 Iran bankına xidmət göstərməyi dayandırıb

SWIFT 30 Iran bankına xidmət göstərməyi dayandırıb
# 15 mart 2012 22:49 (UTC +04:00)
APA-nın məlumatına görə, artıq İranda və bu ölkənin banklarından SWİFT sistemi vasitəsilə köçürmələr mümkün olmayacaq. SWİFT şəbəkəsindən 30 İran bankı təcrid edilib. SWİFT-in baş direktoru Luzaro Kampos bildirib ki, İran banklarının rəhbərlik etdiyi təşkilatdan çıxarılması bu ölkəyə qarşı beynəlxalq və çox istiqamətli maliyyə sanksiyalarının gücləndirilməsinin nəticəsidir. SWİFT-in bəyanatında qeyd olunub ki, Avropa Birliyinin İrana qarşı maliyyə sanksiyası haqda qərarı SWİFT kimi təşkilatların bu ölkəyə maliyyə xidməti göstərməsini qadağan edir.
Qeyd edək ki, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) 1973-cü ildə ABŞ və Avropa bankları tərəfindən yaradılıb və mərkəzi qərargahı Belçikada yerləşir. Təşkilatın son qərarınadək SWIFT-in xidmətindən İranın 40-dan çox bank və maliyyə şirkəti istifadə edirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR