Bank Of Baku

BMT Əfqanıstanda insan haqlarının pozulması ilə bağlı narahatlığını bildirib

BMT Əfqanıstanda insan haqlarının pozulması ilə bağlı narahatlığını bildirib
# 16 mart 2012 04:42 (UTC +04:00)
Bakı-APA. BMT-nin Baş katibi Pan Ki Mun Əfqanıstanda insan haqlarının pozulması ilə bağlı narahatlığını bildirib.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, BMT-nin məruzəsində deyilir ki, Əfqanıstan polisi tərəfindən zorakılıq halları, məhkəmənin qərarı olmadan insanları öldürmək kimi hallar və digər insan haqlarının kobud şəkildə pozulması narahatlıq doğurur.
ABŞ-ın maliyyələşdirdiyi və silahlandırdığı Əfqanlardan ibarət könüllü dəstələr bu ölkənin şəhər və kəndlərini Taliban terrorçularından müdafiə etməlidirlər. Pan Ki Mun könüllü dəstələrin Əfqan ordusuna və polisinə hesabat vermələrini vacib sayır.
Gələn həftə BMT-nin Təhlükəsizlik Şurasında BMT-nin Əfqanıstandakı missiyasının mandatının uzadılmasına dair səs vermə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR